Bolnisidə dəhşətli qəza: İki məktəbli dünyasını dəyişib, bir nəfər xəsarət alıb

Bolnisi Bələdiyyəsinin Xidisğuri (Həsənxocalı) kəndində dəhşətli yol qəzası baş verib.

RealNews-a kənd sakinlərinin verdiyi məlumata görə Mersedes markalı avtomobil üç nəfəri vurub.

Hadisə nəticəsində iki azyaşlı uşaq elə yerindəcə dünyasını dəyişib. Onların yanında olan qadının isə aldığı zərbə nəticəsində ayaqları sınıb. O, dərhal təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb edilib, araşdırma başladılıb.