Azərbaycan-Gürcüstan sərhədində yeni postun yaradılması ilə bağlı layihə hazırlanıb

Azərbyacan – Gürcüstan sərhədində yeni postun yaradılması ilə bağlı layihə hazırlanıb.

RealNews.ge AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi idarəsinin şöbə rəisi Vüqar Əhmədov deyib.

O qeyd edib ki, tranzit potensialının artırılması ilə bağlı layihələr həyata keçirilir. “Ümumiyyətlə, həm ixracın, həm idxalın sadələşdirilməsi istiqamətində işlər aparılır”.