Azərbaycanla Gürcüstan arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev Gürcüstanın təhsil, elm və gənclər naziri Giorgi Amilakhvari ilə görüşüb.

Azərbaycanın Elm və Təhsil Nazirliyindən bildirilib ki, E.Əmrullayev Azərbaycanda səfərdə olan gürcüstanlı həmkarı ilə təhsil sahəsində müxtəlif istiqamətlər üzrə əməkdaşlığın cari vəziyyət və perspektivlərini müzakirə edib.