51 yaşlı kişi 16 yaşlı oğlana cinsi təcavüz edib
Xaşuri bələdiyyəsində hüquq-mühafizə orqanlarının əməkdaşları azyaşlı uşağa təcavüz etməkdə təqsirli bilinən bir nəfəri həbs ediblər.
RealNews.ge yerli mətbuata istinadən xəbər verir ki, 51 yaşlı kişi 16 yaşlı oğlana cinsi təcavüz edib.
Məlumata görə, kişi yeniyetməni bıçaqla hədələyib və ondan onunla cinsi əlaqədə olmasını istəyib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Cinayət Məcəlləsinin 137-ci maddəsinin 4-cü hissəsinin “C” bəndi (əvvəlcədən bildiyi halda yetkinlik yaşına çatmayan şəxsin zorlanması) ilə istintaq başladılıb.