Torpaq sürüşməsi nəticəsində polis dünyasını dəyişib

Daxili İşlər Nazirliyi Acara Polis departamentinin Keda rayon şöbəsinin əməkdaşı Temur Baramidze Tsoniarisi kəndində baş vermiş torpaq sürüşməsi nəticəsində dünyasını dəyişib.

Nazirliyin yaydığı məlumata görə Xulo bələdiyyəsinin Txilvani kəndidə də iki nəfər qar uçqunu altında qalıb, nəticədə bir nəfər ölüb, digəri isə təhlükəsiz əraziyə aparılıb.

Daxili İşlər Nazirliyinin müxtəlif qurumlarının nümayəndələri təbii fəlakət yerindədir, müvafiq texnikalar səfərbər olunub və aktiv iş rejimində işlər aparılır.