Azərbaycanın Gürcüstandakı səfirliyində səsvermə başlayıb – FOTO

Azərbaycanda Növbədənkənar Prezident seçkiləri ilə əlaqədar Gürcüstandakı səfirlikdə yaradılmış seçki məntəqəsində səsvermə başlayıb.

Belə ki, Tbilisi şəhərinin Vaxtanq Qorqasali küçəsi 4 ünvanında yerləşən 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 47 saylı seçki məntəqəsinin qapıları saat 08:00-da açılıb.

Seçkinin gedişatı ilə bağlı məlumatlar gün ərzində Azərbaycan Mərkəzi Seçki Komissiyasına (MSK) göndəriləcək.

Qeyd edək ki, 18 yaşına çatmış və aktiv seçki hüququna malik Azərbaycan Respublikası vətəndaşları səsvermə zamanı ümumvətəndaş pasportu və ya etibarlı şəxsiyyət vəsiqəsini təqdim edərək səsvermədə iştirak edə bilərlər.

Azərbaycanın Gürcüstandakı səfirliyində səsvermə saat 19:00-da başa çatacaq.