Torpaq sürüşməsi nəticəsində 9 nəfər həlak olub – FOTO

Bağdati bələdiyyəsinin Nerqeeti kəndində baş vermiş torpaq sürüşməsi nəticəsində itkin düşmüş sonuncu şəxsin meyiti tapılıb.

Bununla da təbii fəlakət nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb. Torpaq sürüşməsinin güclü yağışlar səbəbindən baş verdiyi bildirilir.

Məlumata görə, hadisə nəticəsində 4 ev hündürlüyü 30 metr olan torpaq kütləsinin altında qalıb. 2 gün boyunca davam etdirilən axtarışlara 200-dən çox xilasedici cəlb edilib.

Xilasedicilər torpağın altından yalnız bir nəfəri sağ çıxara biliblər və həmin şəxs klinikaya yerləşdirilib. Geoloqların sözlərinə görə, həmin ərazidə əvvəllər torpaq sürüşməsi qeydə alınmayıb.