Qardabani Təhsil və İnteqrasiya Mərkəzində Qərbi Azərbaycan mövzusunda açıq dərs keçirilib – FOTO

Qardabani Təhsil və İnteqrasiya Mərkəzində Qərbi Azərbaycan mövzusunda açıq dərs keçirilib.

RealNews.ge xəbər verir ki, tarixçi müəllim Əvəzxan İsayev tərəfindən keçirilən dərsdə mərkəzin müxtəlif kurslarında təhsil alan məktəblilər və gənclər, eləcə də müəllimlər iştirak ediblər. Əvəzxan İsayev iştirakçılara Qərbi Azərbaycan barədə ətraflı məlumat verib, tarixi faktlardan danışıb.

Sonda şagirdlərin maraqlandığı suallar cavablandırılıb.