Qardabanidə Xocalı faciəsinin qurbanları anılıb

Qardabani Təhsil və İnteqrasiya Mərkəzində Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirdə məktəblilər, gənclər, ictimaiyyət nümayəndələri və müəllimlər iştirak ediblər. İlk öncə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Mərkəzin direktoru Xocalı Faciəsinin tarixindən danışıb. Digər çıxış edənlər də Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı, eyni zamanda, əsrlər boyu keçdiyi mübarizə və azadlıq yolu olduğunu bildiriblər. Natiqlər vurğulayıb ki, Vətən müharibəsində Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin qətiyyətli siyasəti, şanlı Azərbaycan Ordusunun rəşadəti sayəsində işğal altında olan Azərbaycan torpaqları azadlığa qovuşub.

Sonda Azərbaycan Respublikasının Ali Baş Komandanı cənab İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə səfərlərini və Xocalı şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaldılmasını əks etdirən video-çarx, həmçinin “İşgəncələr məbədi”-Şuşa həbsxanası adlı film nümayiş etdirilib.