Moskvada insanlara atəş açılıb: 130 nəfər yaralanıb, 40 nəfər ölüb
Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən “Krokus Siti Holl”da insanlara atəş açılıb.
Bu barədə teleqram kanalları məlumat yayıb.
Terror aktı nəticəsində yaralananlar sayı 130-a çatıb, 40 nəfər ölüb.
Bu barədə “112” teleqram kanalı bildirib.
Şahidlərin sözlərinə görə, naməlum şəxs avtomat silahdan insanlara atəş açmağa başlayıb. Hazırda ərazidə genişmiqyaslı yanğın başlayıb.