UEFA Prezidenti İrakli Kobaxidzeni Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının oyunlarına dəvət edib
UEFA Prezidenti Aleksander Çeferin Baş nazir İrakli Kobaxidzeni Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının oyunlarına dəvət edib.
Bu barədə Hökumət administrasiyası məlumat yayıb.
Məktubda bildirilib: “Sizi UEFA adından 2024-cü il Avropa çempionatında UEFA-nın VIP proqramı çərçivəsində iştirak etməyə dəvət etmək fürsətinə malik olmaqdan çox məmnunam”.
Qeyd edək ki, futbol üzrə Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyanın 10 şəhərində keçiriləcək. Gürcüstan F qrupunda Potruqaliya, Çexiya və Türkiyə ilə qarşılaşacaq. Gürcüstan millisinin ilk oyunu iyunun 18-də Dortmundda keçiriləcək.