Marneulidə beynəlxalq iman gününə həsr olunmuş yarış keçirilib – FOTO
“Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin” təşkilatçılığı ilə, 6 aprel “Beynəlxalq İdman” gününə həsr olunmuş, özündə müxtəlif oyunları birləşdirən “şən startlar” yarışı keçirilib.
Bu barədə Mərkəzdən məlumat verilib.
İdman sağlamlıqdır və sağlam bədəndə sağlam ruh olar devizi ilə keçirilən yarışda 4 komanda, hər komandada 6 nəfər (3 qız, 3 oğlan) iştirakçı olmaqla bir-birləri ilə mübarizə aparıblar.
8 müxtəlif oyundan ibarət olan yarışda ən çox bal toplayan Dmanis Tədris Mərkəzi komandası 1-ci yerə layiq görülüb.