Qardabanidə gənc oğlan özünü asıb

Qardabanidə gənc oğlan özünü asıb.

RealNews.ge xəbər verir ki, hadisə Birlik kəndində baş verib.

Belə ki, axşam saatlarında ailə üzvləri gənci bağda asılmış vəziyyətdə görüblər. Hadisənin hansı səbəbdən baş verdiyi məlum olmasa da gəncin bu günlərdə Rusiyadan vətənə qayıtdığı bildirilir.

Hadisə yerinə Daxili İşlər Nazirliyinin əməkdaşları və təcili tibbi yardım briqadası cəlb edilib. Faktla bağlı araşdırma aparılır.