Gürcüstanda yol qəzalarının sayı rekord həddə çatıb
2023-cü ildə Gürcüstanda qeydə alınan yol qəzalarının sayı 14% artaraq rekord həddə – 55,6 minə çatıb.
Bu barədə Gürcüstan Statistika Komitəsi məlumat dərc edib.
Buna baxmayaraq, qəzalarda xəsarət alanların sayı 7 310 nəfərə düşüb ki, bu da əvvəlki illə müqayisədə 200 nəfər azdır.
Yol hadisələri zamanı 442 nəfər ölüb ki, bu da 2022-ci illə müqayisədə 12 nəfər çoxdur.
Son 5 ildə isə Gürcüstanda nəqliyyat vasitələrinin sayı 391 min artaraq 1,68 milyona çatıb.