Rus işğalçıları tərəfindən saxlanılan Gürcüstan vətəndaşları azad edilib
Bir neçə gün bundan öncə işğal olunmuş ərazidə rus işğalçı qüvvələri tərəfindən qanunsuz olaraq saxlanılan Tamaz Etsadaşvili, Otar Teraşvili və Valeri Gunaşvili azad olunub.
Bu barədə Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, qanunsuz olaraq saxlanılmış vətəndaşlar artıq Gürcüstanın nəzarəti altında olan ərazidədir.
Dövlət Təhlükəsizlik Xidmətindən verilən məlumata əsasən, mərkəzi hökumət beynəlxalq tərəfdaşlarla birlikdə işğal olunmuş ərazilərdə qanunsuz həbsdə olan bütün Gürcüstan vətəndaşlarının azad edilməsi üçün fəal işləməyə davam edir.