Səfir Faiq Quliyev İrakli Qaribaşvili ilə görüşüb – FOTO
Cari ilin 22 aprel tarixində Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev “Gürcü Arzusu” partiyasının sədri İrakli Qaribaşvili ilə görüşüb.
Bu barədə səfirlik məlumat yayıb.
Görüşdə Azərbaycan və Gürcüstan arasında son illər sürətlə dərinləşən strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib. Eyni zamanda, görüşdə tərəflər regionumuzda baş verən proseslər barədə də fikir mübadiləsi aparıblar.


