Qardabani Təhsil və İnteqrasiya Mərkəzi inşa müsabiqəsi elan edib

Qardabani Təhsil və İnteqrasiya Mərkəzi 9 May Ümummilli Lider Heydər Əliyevin anadan olunmasının 101-ci ildönümü ilə əlaqədar inşa (esse) müsabiqəsi elan edib.

Müsabiqə ilə bağlı Mərkəzin paylaşdığı məlumatı olduğu kimi təqdim edirik:

Mövzu: “Heydər Əliyev və Gürcüstan ”
Müsabiqədə 9, 10, 11 və 12 –ci sinif şagirdləri iştirak edə bilər.

Müsabiqədə iştirak etmək istəyənlər 7 May 2024-cü ilə qədər öz inşalarını mərkəzimizə təqdim edə bilər , facebook hesabımıza və ya mail ünvanmızada (gardabaniintegrationcenter@gmail.com) göndərə bilərlər.

İlk üç yerə layiq görülən inşa müəllifləri qiymətli hədiyyələrlə və sertifikatlarla mükafatlandırılacaq.

Azərbaycan, gürcü və ya ingilis dilində yazılan inşalar qəbul ediləcək.

Esse dizayn qaydaları:
Vərəq ölçüsü: A4;
Şrift: Unicode (Sylfaen)
şrift ölçüsü: 12;
Səhifələrin sayı: 2-4 səh.

Əlaqə vasitələri ;
Telefon; 599601877
Mail; gardabaniintegrationcenter@gmail.com
Ünvan; Qardabani Ş. Vagzal k.№21a