İkinci Dünya Müharibəsi veteranlarına 2000 lari, müharibədə həlak olanların ailə üzvlərinə isə 1000 lari verilib
Tbilisidə İkinci Dünya Müharibəsi veteranlarına 2000 lari, müharibədə həlak olanların ailə üzvlərinə isə 1000 lari verilib.
Bu barədə məlumatı Tbilisi meriyası yayıb. Qeyd edilib ki, Tbilisi meriyasının səhiyyə və sosial xidməti “Müharibə veteranlarına yardım” proqramı çərçivəsində Tbilisidə qeydiyyatda olan 70 nəfərə müvafiq məbləğ köçürüb.
Belə ki, İkinci Dünya Müharibəsi veteranlarına 20 min lari, bu müharibədə həlak olanların 33 ailə üzvünə isə 1000 lari təqdim edilib.