ADB-nin icraçı direktoru: “COP29 Azərbaycanla səmərəli əməkdaşlıq üçün bir fürsətdir”
Bakıda keçiriləcək COP29 zamanı Asiya İnkişaf Bankı (ADB) ilə Azərbaycan arasında səmərəli əməkdaşlıq üçün çoxsaylı imkanlar olacaq.
Bunu ADB-nin 11 ölkə, o cümlədən Azərbaycan üzrə icraçı direktoru Reyçel Tompson Tbilisidə keçirilən Bankın 57-ci illik toplantısı çərçivəsində bildirib.
“Bu, uzun illər ərzində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı inkişaf etməkdə olan ADB-nin üzv ölkəsinə qayıdır. Hesab edirəm ki, bu, çox vacib görüşdür. Azərbaycan hökuməti iqlimin maliyyələşdirilməsini həqiqətən mühüm prioritet kimi aydın şəkildə müəyyən edib”, – o qeyd edib.
R. Tompson vurğulayıb ki, ADB həmçinin iqlim dəyişikliyi və bununla bağlı iqlim maliyyələşdirməsinə çox sadiqdir: “Düşünürəm ki, səmərəli əməkdaşlıq etmək üçün çox imkanlarımız olacaq və şübhəsiz ki, biz ADB olaraq COP29-un uğurla həyata keçirilməsini təmin etmək üçün Azərbaycan hökuməti ilə birgə işləməyi səbirsizliklə gözləyirik”.