Çin Sədri beş ildə ilk dəfə Avropaya səfər edəcək
Çin Sədri Si Cinpin beş ildə ilk dəfə Avropaya səfər edir. O, Fransa, Serbiya və Macarıstan liderlərinin dəvəti ilə Paris, Belqrad və Budapeştə gedəcək.
RealNews.ge-nin Çin Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, Sədrin Avropa turnesi mayın 5-dən mayın 10-dək davam edəcək.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Szyan deyib ki, Si Cinpinin Avropa paytaxtlarına səfərləri Çinin Fransa, Serbiya, Macarıstan və bütövlükdə Avropa ilə əlaqələrinin inkişafına töhfə, həmçinin qlobal dinc inkişafa yeni təkan verəcək.