Baş nazir: Parlament “xarici təsir” qanununu sabah qəbul edəcək

Parlament “xarici təsir” qanununu sabah üçüncü – sonuncu oxunuşda qəbul edəcək.

Bunu Baş nazir İrakli Kobaxidze keçirdiyi brifinqdə bildirib.

O, Prezident Zurabişvilinin veto etməsindən sonra da hakim partiyanın qanun layihəsinin məzmunu ilə bağlı müzakirələrə açıq olacağını əlavə edib.