İrakli Kobaxidze Türkiyədədir
Baş nazir İrakli Kobaxidze Türkiyəyə rəsmi səfərə gedib.
Bu barədə məlumatı Hökumət administrasiyası yayıb.
Bildirilib ki, hökumət başçısı səfəri çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək və geniş tərkibdə görüşlər keçirəcək. Tərəflər daha sonra mətbuata birgə açıqlama verəcəklər.
Baş naziri səfərdə onun birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, müdafiə naziri İrakli Çikovani, xarici işlər naziri İliya Darçiaşvili, təhsil naziri Giorgi Amilaxvari və digər hökumət nümayəndələri müşayiət edir.