Darçiaşvili bəzi avropalı XİN başçılarının müxalifətin aksiyasını dəstəkləməsini pisləyib
Dost ölkələrin xarici işlər nazirlərinin müxalifət tərəfindən təşkil edilmiş aksiyada iştirakı qəbuledilməzdir.
Bunu Xarici işlər naziri İliya Darçiaşvili Latviya, Litva, Estoniya və İslandiya xarici işlər nazirlərinin parlament binasının qarşısında keçirilən aksiyada iştirakına münasibət bildirərkən deyib.
“Bu çox kədərli faktdır və qəbuledilməzdir. Diplomatlar bu cür tədbirlərdə iştirak edərkən daha məsuliyyətli olmalıdırlar”, – Darçiaşvili bildirib.