Ərdoğan Gürcüstandakı siyasi proseslərə münasibət bildirib
Türkiyə Gürcüstandakı siyasi proseslərin gürcü xalqının xeyirinə nəticələnəcəyinə ümid edir.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Baş nazir İrakli Kobaxidze ilə birgə mətbuat konfransı zamanı bildirib.
O, həmçinin, ölkəsinin Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini də qeyd edib.