Baş nazirin rəhbərlik etdiyi nümayəndə heyəti İranda rəsmi anım mərasimində iştirak edib – FOTO

Mayın 22-də Baş nazir İrakli Kobaxidzenin rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəvi şəkildə həlak olmaları ilə əlaqədar Tehran şəhərində keçirilən rəsmi anım mərasimində iştirak edib.

Bununla bağlı hökumət administrasiyası məlumat yayıb.

Baş nazir İrakli Kobaxidze İran İslam Respublikasının Birinci vitse-prezidenti, Prezidentin vəzifəsini icra edən Məhəmməd Moxberlə görüşərək ona Gürcüstan hökuməti və xalqı adından dərin hüznlə başsağlığı verib.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisinin olduğu helikopter mayın 19-da İran-Azərbaycan sərhədinə yaxın Verzeqan şəhəri yaxınlığında sərt eniş edib. Qəzada bütün sərnişinlər və ekipaj üzvləri həlak olub. İranda faciə ilə əlaqədar milli matəm elan edilib.