Rustavidə kişi arvadını və qayınanasını küçədə qətlə yetirib – VİDEO

Rustavidə iki qadını qətlə yetirməkdə təqsirləndirilən şəxs saxlanılıb.

Məlumata görə, cinayət şəhərin Dumbadze küçəsində baş verib. Belə ki, uşaq arabasında körpəsini gəzdirən həyat yoldaşını və qayınanasını odlu silahla qətlə yetirib.

Hadisə yerinə dərhal hüquq mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadası cəlb edilib.

Azyaşlı uşaq təcili tibbi yardım vasitəsi ilə həkim nəzarətinə aparılıb.

Daxili İşlər Nazirliyində ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürməni nəzərdə tutan Cinayət Məcəlləsinin 109-cu maddəsi ilə cinayət işi açılıb.