Marneulidə “QANUN” hüquqi yardım mərkəzi vətəndaşları qəbul etməyə başlayıb – FOTO

“QANUN” hüquqi yardım mərkəzi Marneulidə yerləşən ““Azərbaycan Evi”ndə hüquqi problemləri olan vətəndaşları qəbul etməyə başlayıb. Bu barədə

Bu barədə mərkəzin rəhbəri, hüquqşünas Əli Bədirov məlumat verib.

O bildirib ki, ilk qəbul günündə fərqli problemləri olan 9 vətəndaşa hüquqi yardım göstərilib: “Onlardan ikisinin hərbi xidmətə getməmə səbəbi olmağına baxmayaraq, hərbi xidmətə aparılma təhlükəsi olduğuna görə müraciət ediblər. Hər ikisi üçün də, lazımi ərizələr yazılıb, imzalanıb və dövlət qurumuna göndərilib. Bir vətəndaş isə öz işiylə bağlı verilən məhkəmə qərarlarını tapa bilmədiyinə görə, onun adı ilə lazımi ərizə yazılıb və məhkəmənin elektron poçt ünvanına göndərilib. Hər doqquz vətəndaşın problemi ilə tanış olduq və lazımi hüquqi məsləhətlər verildi. Bu cür qəbul günləri təbii ki, davam edəcək və soydaşlarımız bu xidmətdən faydalana bilərlər” – deyə Əli Bədirov vurğulayıb.

Qeyd edək ki, “QANUN” hüquqi yardım mərkəzinin qəbul gününə yazılmaq üçün aşağıda göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz: +995  599 10 96 90