Kənan Bayramov Azərbaycanda keçirilən döyüş gecəsində qalib olub – FOTO

Azərbaycanda keçirilən kickboksing döyüş gecəsində Gürcüstanı təmsil edən Kənan Bayramov qalib olub.

RealNews.ge xəbər verir ki, Zabit Səmədovun təşkilatçılığı ilə keçirilən NEW GENERATION FIGHTING 4 döyüş gecəsində mübarizə aparan 3 qat dünya çempionu Kenan Bayramov, rəqibi 3 qat Azərbaycan çempionu Sabir Dadaşova qalib gəlib. Döyüş 5:0 hesabı ilə Kənan Bayramovun qələbəsi ilə başa çatıb.

Məlumat üçün onu da bildirək ki, bu Kənan Bayramovun 6-cı peşəkar döyüşü olub. O, bu günədək keçirdiyi peşəkar döyüşlərin hər birində qalib olub. Kənan Bayramovun şəxsi məşqçisi İsvahan Əliyevdir.