Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi fəaliyyətini uğurla davam etdirir – FOTO REPORTAJ

Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi 2021-ci ildən etibarən Bolnisi rayonunda fəaliyyət göstərir. Mərkəz Bolnisi rayonunda azərbaycanlı icma tərəfindən yaradılan ilk tədris ocağıdır.

Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət komitəsinin dəstəyi və layihələri çərçivəsində fəaliyyət göstərən mərkəzdə müxtəlif dil kursları və ödənişsiz hüquqi xidmətlər mövcuddur.

Qeyd edək ki, Bolnisi Bələdiyyəsində 45 kənd var onlardan 36-ında azərbaycanlılar yaşayır, bugünə kimi Bolnisin otuzdan artıq kəndindən olan gənclər, şagirdlər və digər şəxslər mərkəzin dil kurslarından və ya digər xidmətlərindən yararlanır.

Bugünə kimi Azərbaycan dili, gürcü dili, ingilis, rəsm kurslarımızdan 700 nəfərdən çox şagird,müəllim,tələbə və digər yaş qruplarından olan gənclər faydalanmışdırlar.

Mərkəzə Hüquqi xidmətlər üzrə müxtəlif yaş qruplarından olan şəxslər müraciət edir, müraciətlər əsasən mülkü və daşınmaz əmlakla bağlı olur və eyni zamanda Gürcüstan vətəndaşlarına məktubların yazılması, müraciətlərin edilməsi və digər hüquqi yardımlar da göstərilir.

Bundan əlavə mərkəz gənclərin maariflənməsi üçün müxtəlif təlim və seminarlar təşkil edir, kəndlərdə yaşayan gənclərin maariflənməsi inkişafı istiqamətində hər zaman bütün imkanlarından və resurslarından istifadə edir.

Xüsusi olaraq qeyd etmək istərdik, Ümumi qabilliyət imtahanı üzrə hazırlaşan abituriyentlərin yüksək nəticə əldə edərək ali məktəblərə qəbulu zamanı mərkəz hərzaman onların test hazırlığına dəstək verir.

Mərkəzin ingilis dili müəllimi Şıxıyeva Rəqsanə Azərbycan Dillər Universitetini bitirib və hazırda ADA -da təhsilini menecment fakültəsində davam etdirir. Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi və Həsənxocalı kəndindəki “Parlaq Gələcək” icma mərkəzində ingilis dilini tədris edir. “Aşağı siniflərdə ingilis dilinin öyrənilməsinin müvəffəqiyyəti ondadır ki, bu yaşda uşaqlar artıq öz ana dilini bilir və ingilis dilinin öyrənilməsinə şüurlu yanaşırlar. Bu yaşda uşaqlar ümumi standartlardan uzaq olur və fikirlərini asanlıqla yeni dildə ifadə edir, xarici dildə ünsiyyətə girməkdə çətinlik çəkmirlər”,- Şıxıyeva Rəqsanə deyir.

Xatırladaq ki, Bakıda keçirilən I Türk İnteqrasiya Olimpiadasında Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin yetirməsi Nənəcanova Şarabanı türk dilinin tarixi, coğrafiyası və ortaq ənənləri nominasiyasında 3-cü yerə layiq görülüb və medalla təltif olunub.