Rusiya Gürcüstanla viza rejiminin ləğvi ilə bağlı müraciəti təhlil edəcək

Rusiya qurumları “Gürcüstan Sülh Naminə Həmrəylik” partiyasının Rusiya prezidenti Vladimir Putinə ölkələr arasında viza rejiminin ləğvi xahişi ilə müraciətini təhlil edəcək.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Düzünü desəm, mən bu müraciəti görməmişəm, əgər müraciət olubsa, biz bunu görəcəyik və təbii ki, bizim aidiyyatı qurumlar bu müraciəti təhlil edəcəklər”, – deyə Kremlin rəsmi nümayəndəsi vurğulayıb.