Gürcüstan, Azərbaycan və Ermənistanda orta aylıq əmək haqqı…

Gürcüstan orta aylıq əmək haqqına görə 196 ölkə arasında 93-cü yerdə qərarlaşıb.

CEOWORLD jurnalının 2024-cü il reytinqinə əsasən ölkədə orta aylıq əmək haqqı 534 ABŞ dollarıdır.

Qeyd edək ki, nəşrin məlumatına görə, Ermənistanda orta aylıq əmək haqqı 541 dollar, Azərbaycanda isə 494 dollardır. Türkiyədə orta aylıq əmək haqqı cəmi 314 dollar olaraq müəyyən edilib. MDB ölkələri arasında ən yüksək əməkhaqqı isə Rusiyadadır. Belə ki, Rusiya 2159 dollar orta aylıq əmək haqqı ilə reytinqdə 34-cü yerdədir.

Məlumata görə, dünya üzrə ən yüksək əmək haqqı İsveçrədədir (8.111 dollar).