Kosalı kəndində güclü yanğın baş verib – FOTO

Qardabani bələdiyyəsinin Kosalı kəndində güclü yanğın baş verib.

Belə ki, ot tayalarından başlayan yanğın daha sonra evə keçib. Havanın küləkli olması yanğının sürətlə yayılmasına səbəb olub.

Hadisə yerinə yanğın söndürmə və təcili tibbi yardım briqadaları, eləcə də Daxili İşlər Nazirliyinin əməkdaşları cəlb ediliblər.

Yanğının söndürülməsi üzrə işlər davam etdirilir.