TİKA nümayəndələri “Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”ndə olublar

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Gürcüstandakı nümayəndəliyinin rəhbəri Tuba Özütok Bolnisidə fəaliyyət göstərən “Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”ni ziyarət edib.

Görüşdə Azərbaycan, Türkiyə və Gürcüstan arasındakı üçtərəfli əməkdaşlıq, dostluq münasibətləri, eləcə də gəncləri düşündürən mövzular, dövlət dilinə maraq və s. məsələlər müzakirə edilib.

“Savadlı, bacarıqlı, geniş dünyagörüşünə malik olan gənclər regionun inkişafında mühüm rol oynayacaq. Bunun üçün ana dili ilə yanaşı gürcü dilinin öyrənilməsi də vacibdir. TİKA gənclərə gürcü dilinin öyrənilməsi və Gürcüstan cəmiyyətinə inteqrasiyada dəstək göstərməyə hazırdır. Biz regionlarda fəaliyyət göstərən icmaların fəaliyyətini yüksək qiymətləndiririk. Gələcəkdə mərkəzlərlə qarşılıqlı əməkdaşlıq edərək birlikdə işləmək niyyətindəyik”, – deyə Tuba Özütok bildirib.

Qonağa “Xarıbülbül” maketi hədiyyə edilib.