İliya Darçiaşvili: Gürcüstanla Azərbaycan əməkdaşlığı yeni miqyasa keçirməyə başlayır

Gürcüstanla Azərbaycan arasında strateji əməkdaşlıq ölkələrimiz və regionun əmin-amanlığı üçün vacibdir.

Bunu xarici işlər naziri İliya Darçiaşvili Azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

“Gürcüstanla Azərbaycan arasında regional, strateji əməkdaşlıq çox fərqlidir, biz əməkdaşlığımızı yeni miqyasa keçirməyə başlayırıq. Bu, ölkələrimiz və regionun əmin-amanlığı üçün vacibdir.

Gürcüstan və Azərbaycan bir-birinin ərazi bütövlüyü və suverenliyini dəstəkləyir və hörmət edir. Gürcüstan və Azərbaycan müxtəlif formatlarda əməkdaşlıq edirlər. İki ölkə arasında enerji, nəqliyyat sahələrində əməkdaşlıq uğurla davam etdirilir”, – gürcü nazir qeyd edib.