Bolnisidə helikopter qəzaya uğrayıb, bir nəfər dünyasını dəyişib

Bolnisi bələdiyyəsinin Disvili (Tapan) kəndi yaxınlığında hərbi helikopter qəzaya uğrayıb.

Bu barədə yerli mətbuat məlumat yayıb. Bildirilib ki, hadisə zamanı pilot dünyasını dəyişib.

Hadisə ilə əlaqədar hələ ki, rəsmi açıqlama verilməyib.