Bolnisidə qəzaya uğrayan Su-25 qırıcı təyyarəsi barədə RƏSMİ AÇIQLAMA

Müdafiə Nazirliyinə məxsus Su-25 qırıcı təyyarəsi Bolnisi bələdiyyəsinin Disveli (Tapan) kəndi yaxınlığında qəzaya uğrayıb.

Bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Qəza zamanı 1 nəfər pilot həlak olub. Məlumata görə, 2 iyul tarixində keçirilən planlı hərbi təlimlər zamanı Müdafiə Qüvvələrinin Aviasiya və Hava Komandanlığının pilotu Kaxaber Zurabaşvili faciəvi şəkildə həlak olub.

Hadisə ilə bağlı araşdırma başladılıb.

Nazirlik həlak olan pilotun ailəsinə və yaxınlarına başsağlığı verir.