Qarşıdakı günlərdə havanın temperaturu enəcək, yağış yağacaq – PROQNOZ

Qarşıdakı 3 gün ərzində ölkənin əksər yerlərində temperatur göstəricilərinin 5-6 dərəcə aşağı düşəcəyi proqnozlaşdırılır.

Bu barədə Milli Ətraf Mühit Agentliyinin yaydığı məlumatda bildirilib.

7 iyul tarixində ölkənin bəzi yerlərində yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturunun +30, +33 dərəcə təşkil edəcəyi bildirilir.