Qurumlararası “Tərəfdaş-2024” hərbi təlimlər başlayıb

Gürcüstan Müdafiə Qüvvələrinin Milli Qvardiyasının təşkilatçılığı ilə iyulun 8-12-də Xelvaçauri və Tetritskaro bələdiyyələrində idarələrarası “Tərəfdaş-2024” təlimi keçiriləcək.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, təlim böhran və fövqəladə hallar zamanı qurumlararası koordinasiyanı təkmilləşdirmək məqsədi daşıyır. “Tərəfdaş-2024”də Müdafiə Qüvvələrinin Milli Qvardiyasının, xüsusi təyinatlıların, eləcə də aviasiya və hava hücumundan müdafiə komandanlığının hərbçiləri, hərbi polis və könüllü təşkilatların nümayəndələri iştirak edirlər. Təlimlərə Daxili İşlər, İşğal olunmuş ərazilərdən olan məcburi köçkünlər, Əmək, Səhiyyə və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin müvafiq xidmətləri də cəlb olunub.

Bildirilib ki, idarələrarası təlimin tərəfdaşları Təhsil, Elm və Gənclər Nazirliyi və yerli bələdiyyələrdir.