Vahid Milli imtahanların nəticələri bu tarixdə açıqlanacaq

2024-cü il Vahid Milli İmtahanlar başa çatıb.

Bu barədə Milli Qiymətləndirmə və İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, abituriyentlərin təxminən 93%-i vahid milli imtahanlara, 71%-i isə tələbə qrantı müsabiqəsinə qatılıblar. Ümumi magistratura imtahanında isə  79%, müəllimlər imtahanında isə qeydiyyatdan keçənlərin 84%-i iştirak edib. Bildirilir ki, artıq sənədlərin yoxlanılmasına başlanılıb.

Nəticələrin dərci avqustun əvvəlindən gürcü dili və ədəbiyyatı imtahanının ilkin nəticələri ilə başlayacaq. Digər fənlər isə ardıcıllıqla elan olunacaq.

İmtahan verən şəxs topladığı bala online.naec.ge saytında baxa bilərlər.