Məktəblərdə və uşaq bağçalarında tədris prosesi bu tarixdən başlayacaq

Sentyabrın 16-da məktəblərdə və uşaq bağçalarında yeni tədris ilinə başlanılacaq.

Bu barədə Təhsil və Elm Nazirliyindən bildirilib.

Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, dövlət ümumtəhsil müəssisələrində tədris ili sentyabrın 15-dən başlayır. Sentyabrın 15-i tətil və ya qeyri-iş gününə təsadüf edərsə, dərslər ondan sonrakı ilk iş günündə başlamalıdır. Bu il sentyabrın 15-i bazar gününə təsadüf etdiyi üçün şagirdlər yeni tədris ilinə sentyabrın 16-dan başlayacaqlar.