“Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin” abituriyentləri yüksək nəticələr göstəriblər

Vahid Milli İmtahanlarda “Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin” abituriyentləri yüksək nəticələr göstəriblər.

Mərkəzin “Universitetə Hazırlıq Kursunun” 31 şagirdi müxtəlif dövlət universitetlərinin tələbəsi adını qazanıb. Onlardan 17 nəfəri 100% dövlət Qrantı əldə edib və tam ödənişsiz ali təhsil almaq imkanı əldə edib.

Qeyd etmək yerinə düşər ki, GAİM-in tələbəsi Murad Budaqov qəbul imtahanlarında rekord nəticə əldə edərək mümkün 80 baldan 74 bal toplayaraq azərbaycanlılar arasında ən yüksəksək nəticə göstərib. Bu həm də Gürcüstanda universitetlərə qəbul imtahanlarında azərbaycanlılar arasında əldə edilmiş ən yüksək göstəricidir.

“Gürcüstanda təhsil sahəsində davamlı xarakter alan islahatlar, həyata keçirilən tədbirlər həm təhsil sisteminin yenilənməsinə, həm də təhsilin keyfiyyətinin yüksəlməsinə şərait yaradıb. Bu isə, ilk növbədə ali məktəblərə qəbul imtahanlarının nəticələrində özünü göstərir. Belə ki, ictimai məktəblərin məzunlarının qəbul imtahanlarında göstərdikləri nəticələr ilbəil yaxşılaşır. Bu ilin qəbul prosesində də ciddi nəticələrə imza atan məzunlarımız olub. Fürsətdən istifadə edib tələbə adını qazanmış məzunlarımızı səmimi qəlbdən təbrik edirəm”,- Murad Muradov öz sevincini belə bölüşüb.

Tələbə adını qazanmış abiturientlərimizin siyahısını təqdim edirik:

1. Murad Budaqov – 74

2. Nicat Qarayev – 72

3. Zümrüd Bayramova – 72

4. Emin Mamedov – 69

5. Sona Orucoca – 68

6. Alsu Allahverdiyeva – 68

7. Aidə Musayeva – 63

8. Şəhla Həsənova – 62

9. Aytən Bayramova – 60

10. Səbinə Nəsibova – 59

11. Aynur İsmayılova – 58

12. Şamil Aşırov – 58

13. Nihat Mamedov – 58

14. Tofiq Mansurov – 57

15. Rania Kərimova – 57

16. Almaz Osmanov – 55

17. Rüqeyya Qurbanova – 54

18. Emilia Həsənova – 53

19. Anar Mustafayev – 51

20. Elvina İsmayılova – 47

21. Kəmalə Allahverdiyeva – 45

22. Nurlan Bayramov – 45

23. Qasım Əliyev – 45

24. Ayvaz Aşırov – 44

25. Sürəyya Şərifova – 43

26. Türkan Bəxtiyarova – 41

27. Emilia Sarıyeva – 40

28. Elcan Allahverdiyev – 40

29. Tural Allahverdiyev – 39

30. Avtandil Paşayev – 34

31. Suleyman Novruzov