Rustavi Təhsil və Mədəniyyət Mərkəzində yeni dərs ilinə başlanılıb – FOTO
Rustavi Təhsil və Mədəniyyət Mərkəzində yeni dərs ilinə başlanılıb.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəklədiyi ,,Rustavi şəhərinin azərbaycanlı əhalisinə təhsil və mədəni xidmət göstərilməsi” layihəsi çərçivəsində təşkil edilmiş Azərbaycan dili, Gürcü dili və ingilis dili kurslarının fəaliyyəti bu il də davam edəcək.
Ötən tədris ili ərzində dil kurslarında 180 nəfər iştirak edib ki, onlardan 118 nəfərə test imtahanının nəticəsinə görə sertifikatlar verilib. Bu tədris ilində isə kurslarda ümumilikdə 228 nəfər təhsil alacaq.
“Müasir dünyada xarici dil bilgisinə tələbat ildən-ilə artır. Dil bilgisi təkcə elmin qapısını asan açmaq, intellektual səviyyəni yüksəltmək, səyahətə çıxdığın başqa ölkədə sıx ünsiyyət yaratmaq üçün faydalı deyil. Çox dil bilən öz bilgisindən biznes məqsədilə yararlana, özünə karyera qura bilər. Bu səbəbdən xarici dilləri öyrədən kursların fəaliyyəti vacibdir.”- Rustavidəki Azərbaycanlıların Təhsil və Mədəniyyət Mərkəzinin rəhbəri Raida Dərziyeva bildirib.