Qardabanidə 200-dən çox şagirdə məktəb ləvazimatları hədiyyə edilib – FOTO

Yeni tədris ilinin başlanması münasibətilə Qardabani bələdiyyə rəhbərliyinin qərarına əsasən, 220 şagirdə məktəb ləvazimatları təqdim olunub.

Qardabani bələdiyyəsinin Səhiyyə, Sosial, Uşaq Hüquqlarının Müdafiəsi və Dəstəyi Xidmətinin rəhbəri Caba Dvalidze, bələdiyyə məclisinin sədr müavinləri Samir Xialov, Zaza Oniani və yerli hakimiyyətin digər nümayəndələri uşaqları yeni tədris ilinin başlanması münasibətilə təbrik edib və hədiyyələri şəxsən təqdim ediblər.