Mamuka Mdinaradze: ABŞ sanksiyaları Gürcüstanda parlament seçkilərinə müdaxilədir
ABŞ-ın Gürcüstan Daxili İşlər Nazirliyinin nümayəndələrinə və digər şəxslərə qarşı tətbiq etdiyi sanksiyalar ölkədə oktyabrın 26-da keçiriləcək parlament seçkilərinə müdaxilədir.
Bunu “Gürcü Arzusu”nun icraçı katibi Mamuka Mdinaradze deyib.
“Bu (ABŞ-ın sanksiyaları – Qeyd) bir tərəfdən polisə, digər tərəfdən quruma təhqir, üçüncü tərəfdən gürcü xalqının seçiminə və iradəsinə təsir etmək cəhdidir. Bu, Gürcüstan seçkilərinə müdaxilədir”, – Mdinaradze bildirib.