Gürcüstanlı idmançılar Türkiyədə qələbə qazanıblar – FOTO

Türkiyənin Yalova şəhərində keçirilən Beynəlxalq kikboksing döyüşlərində Gürcüstan təmsilçiləri qalib olublar.

Belə ki, Qardabani Fight Club-un 5 idmançısı döyüşlərdə birinci yerə çıxıb. Klubun baş məşqçisi Hacı Vəliyev Qardabanidən qatılan bütün idmançıların böyük hesabla qalib gəldiyini bildirib.

Digər Gürcüstan təmsilçisi Cəlil Səfərov adına Fight Club-un üzvləri də 3 idmançı ilə döyüşlərə qatılaraq 3 birincilik əldə edib. Qeyd edək ki, klubun baş məşqçisi Namiq Səfərovdur.