DİQQƏT! Bu gündən güclü yağış və sel gözlənilir

Bu gündən etibarən oktyabrın 15-dək havanın temperaturunun kəskin dəyişəcəyi proqnozlaşdırılır.

Belə ki, hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.

Bildirilir ki, bir sıra yerlərdə yağışın leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı olunur. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 7-8 dərəcə aşağı enəcək.

Çaylarda sululuğun artacağı, bəzi çaylarda qısamüddətli daşqın olacağı və sel keçəcəyi gözlənilir.

Bizi WhatsApp – da izləyin.