İrakli Kobaxidze: Abxaziya və Cənubi Osetiyanın geri qaytarılması…
Baş nazir İrakli Kobaxidze Abxaziya və Cənubi Osetiyanın geri qaytarılmasından danışıb. Hökumət başçısı ölkənin ərazi bütövlüyünün dinc yolla bərpasının tamamilə real olduğunu bildirib.
Bu barədə o, Acara İctimai Televiziyasna müsahibəsində deyib.
“1988, 1989 və hətta 1990-cı illərdə Sovet İttifaqının dağılacağına heç kim inanmırdı, amma 1991-ci ilin sonunda dağıldı. Çox şey konkret proseslərdən asılı olacaq. Hesab edirəm ki, Gürcüstanın ərazi bütövlüyünün sülh yolu ilə bərpası tamamilə mümkündür ”, – deyə baş nazir qeyd edib.