Keçmiş nazirin oğlu faciəvi şəkildə dünyasını dəyişib

Gürcüstanın Avropa və Avroatlantik strukturlara inteqrasiya üzrə keçmiş dövlət naziri Aleksi Petriaşvilinin oğlu faciəvi şəkildə dünyasını dəyişib.

Məlumata görə, sabiq nazirin oğlu Şotiko Petriaşvili eyvandan yıxılıb. Onu xilas etmək isə mümkün olmayıb. Gənc xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Qeyd edək ki, Qafqaz Universitetinin tələbəsi Şotiko Petriaşvilinin gecə saatlarında Tbilisidəki evinin eyvanına siqaret çəkmək üçün çıxdığı və 3-cü mərtəbədən yıxıldığı bildirilir.