Göyərti satan qadının 100 000 lariyədək pulu və 1 kq qızılı oğurlandı

Van bələdiyyəsinin Salxino kəndində Paikidzelər ailəsi qarət edilib. Belə ki, maskalı şəxslər ailənin 1 kq qızılını, 50 mindən çox larisini və 13 min dollara yaxın pulunu oğurlayıblar.

Yerli mətbuatın məlumatına görə Van bazarında göyərti satan qadının 27 ildir yığılan mülkü bir gecədə oğurlanıb.

“Bir neçə maskalı adam əllərində silahla içəri girdilər. Bizi təpiklədilər, döydülər, dedim, öldürmə, sənə pul verəcəyəmm. Dəhşətli vəziyyətdəyəm, illərlə topladığım hər şeyi bir gecədə götürüb getdilər” – Mzia Paikidze bildirib.

MƏNBƏ: TV PİRVELİ

Bizi WhatsApp – da izləyin.