60 saylı seçki məntəqəsində fiziki qarşıdurma yaşanıb
Tbilisidə Qldanidə, 60 saylı seçki məntəqəsində sözlü və fiziki qarşıdurma baş verib. “Vahid Milli Hərəkat” partiyasından Tbilisi Şəhər Şurasının üzvü İrakli Edzgveradzenin sözlərinə görə, vəziyyət “Gürcü Arzusu”nun fəalı Şako Kuçiaşvili hadisə yerinə gəldikdən sonra gərginləşib. Belə ki, o, Kuçiaşvilinin provokasiya törətməyə çalışdığını bildirib.
“Onlar bilirlər ki, Qldanidə sakinlər və müxalifət bu məntəqədə həmişə qalib gəlir. O, insanlara yaxınlaşır və onları təhqir edir,” – deyə Edzgveradze bildirib.
Bizi WhatsApp – da izləyin.